ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “ABŞ-nin yeni ərazisi” kimi göstərən xəritəni yenidən paylaşıb.
Turkustan.az xəbər verir ki, Tramp sözügedən xəritəni özünün “Truth Social” hesabında yayımlayıb.
Xəritədə İranla Ərəbistan yarımadası arasında yerləşən Hörmüz boğazı dairəyə alınaraq “NEW U.S. TERRITORY” (“ABŞ-nin yeni ərazisi”) ifadəsi ilə işarələnib.
Bu, Trampın son günlər ərzində Hörmüz boğazını ABŞ ərazisi kimi göstərən xəritəni ikinci dəfə paylaşmasıdır.
Daha əvvəl, avqustun 14-də Tramp Hörmüz boğazının ABŞ tərəfindən nəzarətə götürülməsi ehtimalı barədə açıqlama vermişdi. O, İranın boğazı bağlamaq cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirib.
Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyır. Qlobal neft və maye qaz daşımalarının mühüm hissəsi bu su yolundan keçir.
Trampın xəritəni yenidən paylaşması ABŞ-ın regiondakı siyasəti və Hörmüz boğazının gələcək statusu ilə bağlı yeni müzakirələrə səbəb olub. /konkret.az/