Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur.
Turkustan.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar “N12” televiziyasına açıqlamasında bildirib.
“Suriyadakı məqsədimiz sabitliyi və mövcud təhlükəsiz vəziyyəti qorumaqdır. Türkiyə isə artıq uzun illərdir ki, Suriyanın şimalında mövcuddur. Lakin biz Suriyada Türkiyə hərbi bazalarının yaradılmasını və ya Türkiyə hərbi qüvvələrinin cənuba doğru irəliləməsini qəbul edə bilmərik. İsrail buna icazə verməyəcək”, - deyə nazir əlavə edib. /axar.az/