Dünya silkələnir: Bu dəfə "iqtisadi müharibə"


İran Tehrana qarşı ABŞ tərəfindən elan edilmiş “iqtisadi müharibə"yə” qoşulacaq istənilən ölkəni cavab tədbirləri ilə hədələyib.

Turkustan.az xəbər verir ki, bu açıqlama Vaşinqtonun İran iqtisadiyyatına təzyiqi gücləndirə biləcək yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir vaxtda səslənib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi dövlət televiziyası IRIB-ə bildirib ki, Tehran bütün ölkələri, o cümlədən qonşu dövlətləri ABŞ-ın İrana qarşı iqtisadi məhdudiyyətlərini dəstəkləməməyə çağırır:

“Bizə qarşı iqtisadi məhdudiyyətlərin tətbiqində iştirak edən istənilən ölkə düşmən hesab ediləcək”.

O, belə ölkələrə qarşı “seysmik” miqyasda cavab veriləcəyi ilə hədələyib. Onun sözlərinə görə, İranın strategiyası üç mərhələdən ibarətdir. Əvvəlcə Tehran danışıqlar aparmaq və müvafiq ölkələri ABŞ-dən məsafə saxlamağa çağırmaq niyyətindədir. Əgər bu nəticə verməsə, İran həmin dövlətlərin maraqlarına zərbələr endirməyə keçəcək.

Bu bəyanat ABŞ Prezidenti Donald Trampın İrana qarşı “ən sarsıdıcı iqtisadi əməliyyat"ın hazırlanmasını elan etməsindən və Tehrana dəstək verəcək ölkələrin ciddi iqtisadi nəticələrlə üzləşəcəyini vəd etməsindən bir neçə gün sonra səslənib.

ABŞ maliyyə naziri Skott Bessent İrana təzyiqi daha da artıraraq belə deyib: “Ya bizimləsiniz, ya da bizə qarşısınız”. O, həmçinin Çini əməkdaşlığa çağırıb. Çin İranın ixrac etdiyi neftin 80%-dən çoxunu alır.

Gərginliyin artdığı bir vaxtda Misir İranı və ABŞ-ni diplomatik yola qayıtmağa və artıq təxminən altı aydır davam edən münaqişəyə son qoymağa çağırıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ