6 aydan yuxarı uşaqlara qripə qarşı peyvənd vacibdir - Ekspert


"Uşaqlarda qripin ağırlaşmaları daha çox müşahidə olunur".

Turkustan.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

Onun sözlərinə görə, 6 aydan yuxarı uşaqlara qripə qarşı peyvənd vurulması vacibdir.

Ekspert əlavə edib ki, Səhiyyə Nazirliyi tərəfindən gətirilən vaksinlər yüksək keyfiyyətli və tam təhlükəsizdir. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ