Merzdən seçki məğlubiyyətinə reaksiya: Vəzifədə qalacağam!


Almaniyada keçirilən əyalət seçkilərində AfD-nin Meklenburq-Ön Pomeraniyada qələbə qazanması və CDU-nun tarixi məğlubiyyəti kansler Fridrix Merzə ciddi zərbə vurub.

Turkustan.az xəbər verir ki, Merz nəticəni “fəlakət” adlandırsa da, vəzifəsində qalacağını və hökumətin islahat gündəliyindən geri çəkilməyəcəyini bildirib.

Meklenburq-Ön Pomeraniya seçkilərində AfD 38,2 faiz səslə birinci olub. SPD 35,5 faizlə ikinci, CDU isə cəmi 4,9 faiz səslə üçüncü nəticəni əldə edib. Bununla CDU 5 faizlik seçki həddini keçə bilməyərək əyalət parlamentinə daxil olmayıb. Bu, partiyanın həmin əyalətdə 1949-cu ildən bəri ən zəif nəticəsi olub.

Berlin əyalətində isə Sol Partiya 25,7 faiz səslə birinci olub. CDU 18,8 faizlə ikinci, AfD isə 16,3 faizlə üçüncü yeri tutub. Nəticələr əvvəlki CDU-SPD koalisiyasının parlament çoxluğunu itirməsi ilə nəticələnib.

Merz seçkilərin nəticələrini, xüsusilə Meklenburq-Ön Pomeraniyada CDU-nun göstəricisini tənqid etsə də, islahat kursunu davam etdirəcəyini vurğulayıb. Kansler iqtisadiyyatı yeniləməyə yönəlmiş dəyişikliklərin həyata keçirilməsinin vacib olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ