Suriyanın Hələb əyalətində Suriya ordusuna məxsus hərbi bazada güclü partlayışlar baş verib.
Turkustan.az xəbər verir ki, Əl-Hadaba bölgəsində yerləşən hərbi bazadakı partlayışlar nəticəsində 4 nəfər yaralanıb.
Hələb Təcili Yardım və Fəlakətlərin İdarə Edilməsi Əməliyyatları Meneceri Faysal Məhəmməd Əli bildirib ki, davam edən partlayışlar səbəbindən axtarış-xilasetmə və tibbi qruplar ilkin mərhələdə əraziyə daxil olmaqda çətinlik çəkiblər.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, partlayışların mənbəyinin və səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.
Aytən Yaşar/ Turkustan.az