Tramp: Zəfər Tağı hərbi kompleksə çevriləcək


ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında tikilməsi planlaşdırılan zəfər tağının “yüksək səviyyəli hərbi kompleks” kimi inşa ediləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp layihə ilə bağlı sosial media hesabında paylaşım edib.

Tramp bildirib ki, əvvəlcə Arlington Xatirə Körpüsünün yaxınlığında tikilməsi nəzərdə tutulan layihənin ABŞ ordusunun tələbi və milli təhlükəsizlik səbəbləri ilə daha genişmiqyaslı layihəyə çevrilməsinə razılıq verib.

Onun sözlərinə görə, zəfər tağı Arlington Milli Qəbiristanlığının yaxınlığında yerləşəcək və kompleksdə çoxsaylı dronlar, snayperlər və sursatlar üçün xüsusi mövqelər yaradılacaq. Tramp həmin vasitələrin zərurət yarandıqda sürətlə yerləşdirilə biləcəyini bildirib.

“Dünyanın heç bir yerində belə bir obyekt olmayacaq. 59 böyük şəhər və paytaxt arasında Vaşinqton zəfər tağı olmayan yeganə şəhərdir. Amma indi onun bir dənə də olacaq və ən böyüyü olacaq”, – deyə, Tramp bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ