Ötən gün ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Turkustan.az-ın məlumatına görə, siyahıda müxtəlif ixtisasların illik təhsil haqları qeyd olunub.
İxtisaslar arasında bəzilərinin qiyməti müzakirələrə səbəb olub. Siyahıya əsasən, ən bahalı ixtisaslar aşağıdakılardır:
- Vokal sənəti (sahələr üzrə) - 9000 manat
- Bəstəkarlıq - 9000 manat (magistratura pilləsində 10 min manat)
- Dirijorluq (sahələr üzrə) - 9000 manat (magistratura pilləsində 10 min manat)
- İnstrumental ifaçılıq (sahələr üzrə) - 9000 manat (magistratura pilləsində 10 min manat)
- Musiqişünaslıq - 8200 manat (magistratura pilləsində 8300 manat)
- Hərbi tibb - 8000 manat
- Hərbi həkim işi - 8000 manat
- Müalicə işi - 8000 manat
- Tibb - 8000 manat
Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir. /modern.az/