ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirəcəyi görüşdən əvvəl İran və İsraillə bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, Netanyahu onun müharibədə daha fəal iştirak etməsini istəyir, lakin bu məsələdə qərarı özü verəcəyini vurğulayıb.
"Netanyahu müharibədə qalmağımı istəyir. Buna görə də məni müəyyən hədəflərə hücum etməyə çağırır. Amma mənə nə edəcəyimi heç kimin deməsinə ehtiyac yoxdur", – deyə Tramp bildirib.
ABŞ Prezidenti İran rəhbərliyinə də xəbərdarlıq edərək bildirib ki, Tehran razılığa gəlməsə, Vaşinqton hərbi variantı işə salmağa hazırdır.
"Əgər onlar razılığa gəlməsələr, geri qayıdıb işi bitirəcəyik", – deyə Tramp vurğulayıb.
O, əlavə edib ki, razılaşma əldə olunmadığı halda İranın strateji infrastrukturuna zərbələr endirilə bilər.
"Əgər razılıq olmasa, bir saat ərzində bütün körpülərini, daha sonra isə elektrik stansiyalarını bombalayacağıq. Amma mən oradakı 91 milyon insanı da düşünürəm", – deyə, Tramp bildirib.
AYtən Yaşar/ Turkustan.az