Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.
Turkustan.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda ermənistanlı Gevorq Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.
O, yarımfinala yüksəlib. /bakivaxti.az/