İsrailin müdafiə naziri İsrael Katz İranı Baş nazir Binyamin Netanyahuya qarşı sui-qəsd cəhdində ittiham edib.
Turkustan.az xəbər verir ki, həmçinin bildirib ki, İsrail İranın enerji infrastrukturuna zərbələr endirmək istəyir, lakin ABŞ buna hələlik razılıq vermir.
İsrailin Channel 14 televiziya kanalına müsahibə verən Katz İranla gərginlik, eləcə də Livan və Qəzza zolağındakı vəziyyətlə bağlı açıqlamalar verib.
Katz iddia edib ki, ABŞ-ın İrana zərbələr endirən döyüş təyyarələri İsraildəki hərbi hava bazalarından havaya qalxıb.
"İran bölgədəki bəzi ölkələrə qarşı cavab addımları atsa da, İsrailin çəkindirici gücü səbəbindən bizə hücum edə bilmir", – deyə o bildirib.
Nazirin sözlərinə görə, İsrail İranın enerji infrastrukturunu hədəfə almağı planlaşdırır, lakin Vaşinqton bunun regionda daha geniş gərginliyə və qlobal enerji bazarında böhrana səbəb ola biləcəyindən narahat olduğu üçün bu addımı dəstəkləmir.
"Biz İranın enerji infrastrukturuna hücum etmək istəyirik, lakin ABŞ hazırda buna icazə vermir. Onlar hesab edirlər ki, bu, İranın qonşu ölkələrə cavab hücumlarına və qlobal neft böhranına səbəb ola bilər", – deyə, Katz vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az