Birləşmiş Millətlər Təşkilatı (BMT) 1 oktyabr 2025-ci il ilə 30 iyun 2026-cı il arasında Pakistanla Əfqanıstan arasında baş verən münaqişə nəticəsində Əfqanıstanda 499 mülki şəxsin öldüyünü bildirib.
Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyası (UNAMA) Pakistan və Əfqanıstan arasında 1 oktyabr 2025-ci ildən 30 iyun 2026-cı ilə qədər olan dövrdə baş verən münaqişələrlə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda qeyd olunur ki, sözügedən iki ölkə arasındakı münaqişələr zamanı Əfqanıstanda 499 mülki şəxs həlak olub, 1216 mülki şəxs yaralanıb.
Aytən Yaşar/ Turkustan.az