O, müavinləri toplayıb təlimat verdi: Bu barədə zarafat belə etməyin!


Özgür Özəlin rəhbərliyi altında yaradılan Yeni Partiya Türkiyə Böyük Millət Məclisində (TBMM) ilk qapalı qrup iclasını keçirib. İclasda partiyanın 91 millət vəkili iştirak edib.

Turkustan.az xəbər verir ki, təxminən 30 dəqiqə davam edən və mətbuata qapalı keçirilən iclasa sədrlik edən Özel çıxışında partiyanın əsas məqsədinin hakimiyyətə gəlmək olduğunu vurğulayıb.

Millət vəkillərinə müraciət edən Özel CHP ilə bağlı mübahisələrdən uzaq durmağı tapşırıb.

"Xırda polemikalardan, şəxsi mübahisələrdən və xüsusilə CHP daxilindəki müzakirələrdən uzaq durun. Bu məsələlərlə bağlı zarafat belə etməyin. Bizim əsas gündəmimiz vətəndaşların problemləri olmalıdır", – deyə Özel bildirib.

Yeni partiyanın siyasətdə yeni səhifə açmaq məqsədi daşıdığını qeyd edən Özel diqqətin daxili çəkişmələrə deyil, ölkənin və cəmiyyətin problemlərinə yönəldilməsinin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ