Kılıçdaroğluna İstanbulda ilk zərbə! Hamısı birdən istefa verdi


İstanbulda CHP-də istefalar dalğası davam edir. Kamal Kılıçdaroğlunun partiya rəhbərliyinə qayıtmasından sonra vilayət sədri vəzifəsindən ayrılan Özgür Çelik partiyadan istefa verib.

Turkustan.az xəbər verir ki, Özgür Çeliklə yanaşı, İstanbul üzrə 39 vilayət icra heyətinin üzvü və 36 rayon sədri də CHP sıralarını tərk edib.

Özgür Özelin rəhbərliyi altında 90 millət vəkilinin CHP-dən ayrılaraq Yeni Partiyanı yaratmasının ardından partiyadakı parçalanma daha da dərinləşib.

Məlumata görə, Kamal Kılıçdaroğlunun İstanbul İl Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırdığı, daha sonra isə məhkəmənin qərarından sonra barəsində intizam tədbiri görülməsi üçün müraciət etdiyi Özgür Çelik gözlənilən addımı ataraq partiyadan istefa verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ