Zelenski ABŞ-dan Patriot raketləri ilə bağlı yeni addım gözləyir


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşdə Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin istehsalına lisenziyaların verilməsi məsələsini müzakirə etdiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə Telegram hesabında paylaşım edib.

Ukrayna lideri Oval kabinetdə Trampla məhsuldar görüş keçirdiyini bildirərək, ABŞ-ın Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

"Ukraynalıların həyatını qorumaq və sülhə nail olmaq naminə birlikdə gördüyümüz işlərə görə Prezident Trampa minnətdaram. Görüşün əvvəlində senator Lindsi Qrehemin vəfatı ilə bağlı başsağlığı verdim. O, Ukraynanın əsl dostu idi", – deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzularından biri Patriot sistemləri üçün tutucu raketlərin istehsalına lisenziyaların verilməsi olub.

"Prezident Trampla Patriot sistemləri üçün tutucu raketlərin istehsalına lisenziyalar və Ukraynaya kömək edə biləcək digər təşəbbüsləri müzakirə etdik", – deyə Zelenski əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ