I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ


Ali təhsil müəssisələrinə qəbul üzrə I və IV ixtisas qrupları üzrə keçirilən ikinci cəhd imtahanının nəticələrinin elan olunacağı vaxt məlum olub.

Turkustan.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nəticələrin növbəti həftənin əvvəllərində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanı 12 iyul 2026-cı il tarixində keçirilib.


MANŞET XƏBƏRLƏRİ