Trampdan mübahisə yaradacaq sözlər: “İran yox, biz idarə edirik”


“Hörmüz boğazı ABŞ-ın nəzarəti altındadır”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Trampın sözlərinə görə, İrana qarşı tətbiq olunan dəniz blokadası hələ də qüvvədədir.

“Dəniz blokadası hazırda da davam edir və oradan yalnız bizim icazə verdiyimiz gəmilər keçir. Hörmüz boğazına İran nəzarət etmir, biz nəzarət edirik”, – deyə o bildirib.

İyulun 28-də İranın Moskvadakı səfiri Kazem Cəlali bəyan edib ki, İran Rusiyadan gələn gəmilər üçün Hörmüz boğazından keçidə tətbiq olunan xüsusi rejimi saxlayacaq. Diplomatın sözlərinə görə, bu qayda hazırda da qüvvədədir və dost ölkələr üçün bundan sonra da davam edəcək. O, bunu təbii hal adlandırıb.

İyulun 27-də isə Tramp Tehranın Vaşinqtona görüş təklifi ilə müraciət etdiyini açıqlayıb və ABŞ-ın danışıqlara hazır olduğunu təsdiqləyib. O bildirib ki, Vaşinqton hazırda İranla birbaşa danışıqlar aparır və razılığın əldə olunması ehtimalını yüksək qiymətləndirir. Bununla yanaşı, Tramp xəbərdarlıq edib ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə, ABŞ hərbi gücdən yenidən istifadə etməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl İran Hörmüz boğazında qaydaları pozduğunu bildirdiyi iki neft tankerini saxlamışdı./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ