Xəzərdə şok gedişat: 3 ölkə arasında yeni qarşıdurma zonasına çevrilib?


İranın öz rəqibləri ilə münaqişəsi fonunda Xəzər dənizi yeni qarşıdurma məkanına çevrilir.

Turkustan.az xəbər verir ki, bu barədə CNN-də dərc olunan məqalədə bildirilir.

Məlumata görə, xüsusilə Fars və Oman körfəzlərində İran limanlarının blokadası fonunda bu su yolu Tehran və Moskva arasında inkişaf edən tərəfdaşlıq üçün daha böyük əhəmiyyət kəsb edir.

Qeyd olunur ki, İran Xəzər dənizi vasitəsilə Rusiya, Qafqaz, Mərkəzi Asiya və Çin ilə ticarət əlaqələrini genişləndirə, həmçinin dolayısı ilə Şərqi Avropa bazarlarına çıxa bilər.

Rusiya üçün də bu marşrut strateji əhəmiyyətə malikdir — o, ölkəni İran və Mərkəzi Asiya ilə birləşdirir, taxıl, polad və digər yüklərin daşınması üçün istifadə olunur.

Lakin Xəzərin əhəmiyyəti ticarətlə məhdudlaşmır.

CNN-in məlumatına görə, Rusiya İranın "Shahed" zərbə dronlarının ilk partiyalarını məhz bu marşrutla alıb.

Əvvəllər Ukrayna İrandan Rusiyaya dron komponentləri və ballistik raketlərin daşınmasında istifadə edildiyi iddia olunan gəmilərə artıq zərbələr endirib.

"Ukraynanın Xəzər dənizindəki gəmilərə son zərbələri Kiyevin uzaqmənzilli vasitələrdən istifadə imkanlarının genişləndiyini və Rusiya hərbi sənayesini dəstəkləyən logistik zəncirləri pozmaq cəhdini nümayiş etdirir"- məqalədə deyilir.

Eyni zamanda, bu hücumlar İranın Rusiya hərbi potensialının təmin edilməsində artan rolunu qabardır. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ