ABŞ Prezidenti Donald Tramp Vaşinqtona səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə ayrı-ayrılıqda görüş keçirib.
Turkustan.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, Tramp və Zelenski arasında qapalı keçirilən görüş yerli vaxtla saat 09:47-də başlayıb və təxminən bir saat davam edib.
Zelenskinin Vaşinqtona səfəri respublikaçı senator Lindsi Qrehemin dəfn mərasimində iştirak məqsədi daşıyır. Səfər çərçivəsində o, ABŞ rəsmiləri ilə də bir sıra görüşlər keçirir.
Tramp daha sonra Vaşinqtona eyni məqsədlə gələn İsrailin Baş naziri Binyamin Netanyahu ilə də Ağ Evdə görüşüb.
Ağ Evdən verilən açıqlamada hər iki görüşün konstruktiv və müsbət atmosferdə keçdiyi bildirilib.


Aytən Yaşar/ Turkustan.az