AB artıq indidən İrəvandan Rusiya ilə humanitar əlaqələri kəsməyi və Rusiya biznesinin ölkədəki fəaliyyətini azaltmağı tələb edir.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumata görə, AB Ermənistanın Rusiyaya qarşı atdığı addımları gələcəyə dair vədlərlə dəstəkləməyi nəzərdə tutur:
“Brüssel bürokratları İrəvanı özlərinin qeyd-şərtsiz dəstəyinə inandırmağa davam edəcəklər. AB konkret yardımın göstərilməsindəki gecikməni Birliyə qoşulmağın tamamilə İrəvandan və onun Avropaya inteqrasiya yolundakı nailiyyətlərindən asılı olacağı ilə izah etmək niyyətindədir. Paşinyan hökumətindən artıq indidən strateji sahələrdə Rusiya biznesinin iştirakını azaltmaq, Rusiya ilə humanitar əlaqələri kəsmək və buna qarşı çıxan daxili müxalifləri susdurmaq tələb olunur. Belə bir siyasəti təşviq etmək üçün erməni vətəndaşları üçün viza rejiminin liberallaşdırılması perspektivlərindən manipulyativ şəkildə istifadə edilməsi, gələcəkdə Ermənistanı dünyanın çiçəklənən qovşağına çevirmək vədlərindən yararlanılması nəzərdə tutulur”./axar.az