Polşanın Baş naziri Donald Tusk Vrotslav şəhərində ukraynalı cütlüyə qarşı törədilən ağır hücumdan sonra Ukrayna vətəndaşlarına qarşı zorakılığın ölkənin beynəlxalq nüfuzuna zərbə vurduğunu və Rusiyanın maraqlarına xidmət etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tusk bu fikirləri Polşa Nazirlər Şurasının iclasından əvvəl səsləndirib. O, xüsusilə ukraynalılara qarşı zorakılıq hallarının qarşısının alınması üçün ölkə şəhərlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Baş nazir bildirib ki, Vrotslavda baş verən hücum nəticəsində Ukraynadan olan bir kişi və bir qadın ağır xəsarət alıb.
Tuskun sözlərinə görə, polis hadisədən qısa müddət sonra iki şübhəlini saxlayıb, cinayətdə iştirak etdiyi bildirilən üçüncü şəxsin də yaxın vaxtlarda tutulacağı gözlənilir.
Polşa hökumətinin başçısı hüquq-mühafizə orqanlarının operativ fəaliyyətini yüksək qiymətləndirərək onlara təşəkkür edib və daxili işlər nazirinə hökumətin minnətdarlığını polis əməkdaşlarına çatdırmağı tapşırıb.
Aytən Yaşar/ Turkustan.az