Artıq müharibəni davam etdirmək mümkün deyil - Fidan


Bu müharibənin (Rusiya-Ukrayna) başlamasından təxminən 5 il ötüb. Artıq bu müharibəni davam etdirmək mümkün deyil. Buna görə də Rusiya və Ukrayna böyük fədakarlıq göstərərək razılığa gəlməlidirlər.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan qeyd edib.

“Müharibədən sonra Avropa ilə Rusiya arasında konstruktiv münasibətlər yenidən formalaşdırılmalıdır. Çünki Ukraynanın Rusiya ilə əldə edəcəyi sülh yalnız iki ölkə arasında olmayacaq. Avropanın da Rusiya ilə müəyyən mənada barışmağa, bəzi münasibətləri yenidən bərpa etməyə ehtiyacı var”, - deyə Fidan əlavə edib.

Fidan Qara dənizdə ticarətin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırıldığını bildirərək, Rusiya taxılının, enerjisinin, Ukrayna taxılının və Ukrayna enerjisinin dünya bazarlarına çatdırıla bilmədiyinə diqqət çəkib:

“Bu istiqamətdə çox geniş və intensiv təmaslarımız var. Xüsusilə, taxılın Qara dəniz vasitəsilə daşınaraq beynəlxalq bazarlara çatdırılması üçün ciddi səylər göstəririk. Ümid edirəm ki, bu müharibə də dayandırılacaq. Çünki çox sayda insan həlak olur və bunun bədəli çox ağırdır. Həm iqtisadi, həm də geostrateji baxımdan xərcləri yüksəkdir”./axar.az


MANŞET XƏBƏRLƏRİ