Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə minib


Noyabrın 1-dən etibarən Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı qanunla tamamilə məhdudlaşdırılıb.

Turkustan.az xəbər verir ki, 15-18 yaş arası yeniyetmələr üçün isə sosial şəbəkələr daha təhlükəsiz şərait yaratmalı, o cümlədən valideyn nəzarəti mexanizmlərini tətbiq etməlidir.

Yeni hesabların yaradılması zamanı yaşın yoxlanılması məcburi olacaq.

Artıq mövcud olan istifadəçi hesablarının yeni tələblərə uyğunlaşdırılması üçün 2027-ci il martın 31-dək keçid müddəti müəyyən edilib./APA


MANŞET XƏBƏRLƏRİ