İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi ABŞ və İsrailə qarşı yeni hərbi hədəflər siyahısının hazırlandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, general İran ordusunun əvvəlkindən daha geniş coğrafiyada hərbi əməliyyatlar keçirməyə hazır olduğunu bildirib.
Abdullahi vurğulayıb ki, ABŞ və İsrail İrana yenidən hücum edərsə, silahlı qüvvələrin cavabı əvvəlkindən daha sərt, güclü və təsirli olacaq.
“Düşmən bilməlidir ki, istənilən yeni təcavüz əvvəlkindən daha sərt və təsirli cavabla qarşılanacaq”, – deyə general xəbərdarlıq edib.
Baş Qərargah rəisi bildirib ki, İran Silahlı Qüvvələri coğrafi məhdudiyyət olmadan güclü və intensiv cavab zərbələri endirməyə hazırdır.
Onun sözlərinə görə, düşmənə məxsus yeni hədəflərin siyahısı hazırlanıb və mümkün hərbi əməliyyatların coğrafiyası əvvəlkindən daha geniş olacaq./Musavat.com