Nəriman Həsənzadənin Elçibəyə həsr etdiyi ŞEİR


Bu günlərdə dünyasını dəyişən Azərbaycanın Xalq şairi Nəriman Həsənzadəni 1992-ci ilin mayında, o zaman prezidentliyə namizəd olmuş Əbülfəz Elçibəyə şeir həsr edib.

Turkustan.az xəbər verir ki, bu barədə "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal Faceebook hesabında yazıb.

Şeir 1992-ci ilin may ayında "Azərbaycan" qəzetində dərc edilib. Həmçinin, N.Həsənzadənin 2022-ci ildə nəşr olunmuş "Seçilmiş əsərləri - I cild" kitabına daxil edilib.

Həmin şeiri təqdim edirik:

Azadlıqdı məramımız

Şuşa yolu buz bulaqdı, çeşmәdi.

Çeşmәlәrdәn şuşalılar içmәdi.

Şux balalar bir-birindәn seçmәdi,

Şәhidlәrin sırasında, Elçibәy.

El var, elin arxasında, Elçibәy.

Gәlin gördüm, baxışından utandım,

Xalı gördüm, naxışından utandım,

Ana gördüm, qarğışından utandım,

Oğul deyib mәlәyirdi, Elçibәy,

Göy yerә od әlәyirdi, Elçibәy.

Havanı sıx, Azәrbaycan qanı var.

Bir canında mәrdin neçә canı var?!

Döyüşdә bir әbәdiyyәt anı var,

– o anları seçәn seçir, Elçibәy.

Vәtәndәn yox, candan keçir, Elçibәy.

Xәbәr verәn xәbәr almır, nә qaldı?

Aman Allah! Qarabağ kimә qaldı?!

Malıbәyli, Əlibәyli, Daşaltı...

Qarabağda talan oldu, Elçibәy,

Satan oldu, alan oldu, Elçibәy.

Get Laçını, Xocalını al, oğul,

Ötәnlәri bir dә yada sal, oğul.

Bir Qarabağ şikәstәsi çal, oğul,

Darıxmışam Qarabağsız, Elçibәy,

Oda düşdük haqlı-haqsız, Elçibәy.

Yunus İmrә Elçibәyin әzbәri,

“Bir bәn vardır,– deyir– bәndәn içәri!”

Ruh ömürlük, ömür özü köçәri!

— Sәngәrdәdi şeir-sәnәt, Elçibәy.

And içibdi bir mәmlәkәt, Elçibәy.

“Külli Qarabağın abı-hәyatı,

Nәrmü-nazik bayatıdır, bayatı...”

Bir millәtin getdi soyu, soyadı,

Ey Vidadi imanımız, Elçibәy.

Azadlıqdı mәramımız, Elçibәy.

(2 may 1992)


MANŞET XƏBƏRLƏRİ