Almaniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri – Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla xaricdə yaşayan azərbaycanlı bloger Ələmdar Bünyadov arasında qısa dialoq baş verib.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə blogerin nümayəndə heyətinə yaxınlaşaraq müxtəlif suallar və əsassız iddialar səsləndirdiyi görünür.
Hikmət Hacıyev və Ceyhun Bayramov blogerin müraciətini dinlədikdən sonra onun cavabını veriblər.
Qeyd edək ki, daha əvvəl Hikmət Hacıyevin bu qəbildən olan Tural Sadıqlıya cavabı uzun müddət sosial media gündəmi olmuşdu.