ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin yaxın iki həftə ərzində Ukraynaya səfər edəcəyi gözlənilir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Axios nəşrinə müsahibəsində məlumat verib.
Zelenskinin sözlərinə görə, Ağ Evdə Donald Trampla keçirdiyi görüşün nəticələrindən biri Vitkoff və Kuşnerin Kiyevə mümkün səfəri ilə bağlı razılaşma olub.
Ukrayna lideri qeyd edib ki, bu baş tutarsa, həmin səfər Vitkoff və Kuşnerin Rusiyaya etdikləri çoxsaylı səfərlərdən sonra Ukraynaya ilk səfəri olacaq.
Zelenski bildirib ki, səfərin əsas məqsədi sülh danışıqlarının bərpası ilə bağlı ideyaları ətraflı müzakirə etmək və ABŞ nümayəndələrinin Ukraynadakı vəziyyəti yerində görməsini təmin etməkdir.
Aytən Yaşar/ Turkustan.az