Zelenski Makronla danışdı: Ukrayna Fransaya yardım təklif etdi


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfərindən sonra Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını və Fransada davam edən meşə yanğınları ilə mübarizəyə dəstək təklif etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib.

Ukrayna lideri bildirib ki, telefon danışığı zamanı Makrona Ağ Evdə ABŞ Prezidenti Donald Trampla və ABŞ Senatında keçirdiyi görüşlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, tərəflər mövcud diplomatik vəziyyəti və sülhə nail olmaq üçün atıla biləcək addımları da müzakirə ediblər.

Zelenski qeyd edib ki, o və Makron gələcək addımların koordinasiyası barədə fikir mübadiləsi aparıblar. Ukrayna Prezidenti Fransa liderinə göstərdiyi dəstəyə və sülh səylərinə görə təşəkkür edib.

Telefon danışığı zamanı Makron Fransada davam edən genişmiqyaslı meşə yanğınları barədə də məlumat verib.

Bununla bağlı Zelenski Ukraynanın yanğınların söndürülməsi işlərinə dəstək verməyə hazır olduğunu bildirib.

"Ukrayna Rusiya təcavüzünə qarşı mübarizəmizin bütün dövründə bizi dəstəkləyən dostlarına hər zaman kömək etməyə hazırdır. Mən Fransaya yardım təklif etdim. Mütəxəssislərimiz yanğınların söndürülməsində iştirak edə bilərlər", – deyə, Zelenski vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ