Venesuela İran səfirini nazirliyə çağırdı


Venesuela Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etiraz notası təqdim edib.

Turkustan.az xəbər verir ki, bu barədə Iran International məlumat yayıb.

Venesuela Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, səfir Venesuela dövlət qurumları və hakimiyyəti ilə bağlı "hörmətsiz və yersiz" hesab edilən açıqlamalara görə izahat vermək üçün nazirliyə dəvət olunub.

Bununla yanaşı, rəsmi Karakas etiraz notasına səbəb olan konkret ifadələrin nədən ibarət olduğunu açıqlamayıb.

Məlumata görə, gərginlik İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ ilə aparılan danışıqları şərh edərkən "İran Venesuela deyil" ifadəsini işlətməsindən sonra yaranıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ