Putin: O dövrdə Rusiyanı xilas edə biləcək yeganə şəxs Putin idi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, keçmiş prezident Boris Yeltsinin 1999-cu ildə hakimiyyəti Vladimir Putinə təhvil verməsi ölkənin tarixində həlledici dönüş nöqtəsi olub.

Turkustan.az xəbər verir ki, o, Putinin həmin dövrdə Rusiyanı xilas edə biləcək yeganə şəxs olduğunu iddia edib.

Lavrov bu fikirləri Rusiyanın TASS agentliyinə müsahibəsində səsləndirib.

O, bildirib ki, Yeltsinin istefa qərarı Rusiyanın gələcəyini müəyyənləşdirən tarixi addım idi.

"O dövrdə Rusiyanı xilas edə biləcək yeganə şəxs Putin idi. Bu, tarixi dönüş nöqtəsidir. Deməli, Rusiya Tanrı tərəfindən seçilib. İşlər çətinləşəndə bizə yuxarıdan kömək gəlir", – deyə o bildirib.

Lavrov müsahibəsində Ukrayna müharibəsinə də toxunaraq Qərbin danışıqlardan əvvəl atəşkəs tələbinin əslində ultimatum olduğunu iddia edib.

Onun sözlərinə görə, hazırkı cəbhə xəttində atəşkəsin təmin olunması "Kiyev rejiminin mövcudluğunu uzatmağa xidmət edəcək".

Rusiya xarici işlər naziri həmçinin Qərb ölkələrini Rusiyanı strateji məğlubiyyətə uğratmağa və parçalamağa çalışmaqda ittiham edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ