CHP-də son günlərin ən böyük istefa dalğası! Kılıçdaroğluna zərbə


Yeni Partiyanın TBMM-dəki qrup sədrinin müavini Gökhan Günaydın parlamentdə gündəmdə olan məsələlərlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, 200-dən çox bələdiyyə sədrinin partiyalarına qoşulmaq üçün istefa verdiyini bildirib.

Günaydın Yeni Partiyaya qoşulmaların yaxın günlərdə sürətlənəcəyini deyib.

"Bu gün etibarilə 200-dən çox bələdiyyə sədrinin Yeni Partiyaya qoşulmaq üçün istefa verdiyini açıqlamaq istəyirəm", – deyə o bildirib.

Günaydın qeyd edib ki, bu həftə keçiriləcək tədbirlər zamanı çoxsaylı bələdiyyə sədrlərinin partiyaya üzv olacağı gözlənilir.

"Biz ehtiyatlı olmağı tövsiyə etsək də, bələdiyyə sədrlərinin böyük əksəriyyətinin ciddi hazırlıq gördüyünü və demək olar ki, Yeni Partiyaya qoşulmağa tələsdiyini məmnunluqla müşahidə edirik", – deyə o vurğulayıb.

İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cəmil Tuqayın CHP-dən istefa verdikdən sonra AK Partiyaya keçəcəyi ilə bağlı iddialara münasibət bildirən Günaydın isə deyib ki, bu məsələ ilə bağlı onunla heç bir təması olmayıb.

Onun sözlərinə görə, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri seçicilərinin iradəsinə uyğun davranmalıdır.

"İzmir xalqının mövqeyi aydındır. Siyasətdə uğur qazanmaq istəyənlər cəmiyyətin gözləntilərini nəzərə almalıdır", – deyə Günaydın əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ