Köçəryanın bu əmlakları müsadirə edilə bilər - Siyahı


Ermənistanın Baş Prokurorluğu ölkənin 2-ci prezidenti Robert Köçəryanın və onunla əlaqəli şəxslərin bir sıra əmlakının müsadirə olunmasını tələb edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, müsadirəsi tələb olunan əmlak və vəsaitlərə daxildir:

- 22 daşınmaz əmlak obyekti, onlardan 19-nun orta bazar dəyəri 11 milyard 154 milyon 790 min dram təşkil edir;

- 2 daşınmaz əmlakın alqı-satqısı hüququ;

- 3 milyon 84 min 965 dollar və 985 milyon 190 min 729 dram məbləğində istiqrazlar;

- 1 milyon 405 min 59 dollardan çox və 200 milyon dram məbləğində depozitlər.

Bundan əlavə, prokurorluq 19 milyard 561 milyon 949 min 303 dram məbləğində pul vəsaitinin, eləcə də cinayət işi üzrə ödənilmiş girov məbləğinin qanunsuz hesab edilən hissəsi kimi 502 milyon 359 min 121 dramın müsadirəsini istəyir./axar.az


MANŞET XƏBƏRLƏRİ