Ermənistanla sərhədlər bu tarixdə AÇILIR? – Mühüm ANONS


“Türkiyə Ermənistanın Gümrü şəhərinə aparan hissədə dəmir yolu infrastrukturunun bərpası işlərinə start verir”.

Bu barədə Türkiyənin həmsərhəd Akyaka şəhərinin meri Ercan Toptaş bildirib. Onun qiymətləndirməsinə görə, bərpa prosesinin iki-üç ay ərzində başa çatdırılması planlaşdırılır.

Gümrü-Qars dəmir yolu: Türkiyədə bərpa işlərinə başlandı Yeni Sabah

Layihə çərçivəsində artıq tikinti işlərinin aparılması üçün rəsmi tender elan olunub. İşlərə Akyaka ilə Gümrü arasında torpaq yolunun çəkilməsi də daxildir. Akyaka merinin sözlərinə görə, dəmir yolu əlaqəsinin bərpası hər iki ölkənin iqtisadiyyatına güclü təkan verəcək, eləcə də sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələr üçün yeni perspektivlər açacaq.

Armenpress yazıb ki, Ermənistan və Türkiyə dəmir yolunun istismarının bərpası ilə bağlı razılığa hələ 2025-ci ilin sentyabrında Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistana səfər edərkən gəliblər. Regionun nəqliyyat infrastrukturunun genişləndirilməsi kontekstində tərəflər Gümrü-Qars dəmir yolunun tezliklə istismara verilməsinin vacibliyini vurğulayıblar.

Bəs sözügedən dəmir yolunun önəmi nədir? Azərbaycanla sülh müqaviləsi imzalanmadan onun işə düşməsi mümkündürmü?

Professor Fikrət Yusifovun sözlərinə görə, Qars-Gümrü dəmiryolunun bərpası Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesində mühüm addımlardan biridir: "Türkiyə tərəfdən artıq Akyaka gömrük xəttində təmir-bərpa işləri başlanıb, 2-3 aya yekunlaşdırılması nəzərdə tutulub. 1993-cü ildən Türkiyə-Ermənistan sərhədləri bağlıdır və indi açılması imkanları yaranıb. Bu, regionda tranzit və yükdaşıma xərclərinin azaldılması demək olacaq. Layihə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarına da alternativ kimi yaranır”.

Fikrət Yusifov: "İranda islahatların aparılması üçün hakimiyyət  dəyişməlidir" - VİDEO - Primeinfo.az

Fikrət Yusifov hesab edir ki, bununla Mərkəzi Asiya, Ermənistan və Türkiyə üzərindən Aralıq dənizinə və Avropaya çıxış imkanları şaxələnir: “Xüsusən də kənd təsərrüfatı və logistika sahəsində əməkdaşlıq perspektivi yaranır. Lakin sərhədlərin açılması təkcə bu nəqliyyat marşrutundan asılı deyil. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi olmalıdır. Ona görə də Türkiyə Ermənistanla quru yolların açılmasına razılıq verməyəcək. Sadəcə, işlərin sürətli getməsi, yolların hazır vəziyyətə gətirilməsi sülh sazişinin imzalanması imkanlarının mövcud olduğunu ortaya qoyur".


MANŞET XƏBƏRLƏRİ