Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Nazirlər Kabinetinin iclası başa çatıb. Prezident Sarayında keçirilən toplantı təxminən üç saat davam edib.
Turkustan.az xəbər verir ki, iclasdan sonra mətbuata açıqlama verən Prezident Ərdoğan "Terrordan azad Türkiyə" prosesi ilə bağlı mühüm mesajlar səsləndirib.
Ərdoğan bildirib ki, proses çərçivəsində hazırlanan hüquqi tənzimləmə yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.
"Yaxın günlərdə üzərində çalışdığımız hüquqi tənzimləməni parlamentə təqdim edəcəyik. Siyasi partiyalarımızın dəstəyi ilə 'Terrordan azad Türkiyə' prosesini məqsədinə çatdıracağıq. Bu proses uğurla başa çatdıqda, onun faydasını 86 milyon vətəndaşımız görəcək", – deyə, Ərdoğan vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az