Ukrayna Prezidenti Volodimir Zelenski ilə Polşanın Baş naziri Donald Tusk arasında rəsmi danışıqlar Lyublin şəhərində başlayıb.
Turkustan.az xəbər verir ki, görüş Lyublin voyevodalığı administrasiyasının binasında keçirilir.
Prezident Aparatının sözçüsü Sergey Nikiforovun jurnalistlərə verdiyi məlumata görə, danışıqlarda Ukrayna–Polşa münasibətlərinin normallaşdırılması, Polşada yaşayan ukraynalılara qarşı zorakılıq halları, müdafiə sahəsində əməkdaşlıq və Zelenskinin ABŞ-a son səfərindən sonra Avropa tərəfdaşları ilə koordinasiya məsələləri müzakirə olunur.
Polşa Baş nazirinin ofisi də bildirib ki, tərəflər Zelenskinin Vaşinqton səfərinin nəticələrini dəyərləndirəcək, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlər və iki ölkə arasında həssas tarixi məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Aytən Yaşar/ Turkustan.az