ABŞ bazarların səbirsizliklə gözlədiyi qərarı açıqladı


ABŞ Federal Ehtiyat Sistemi (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasından sonra növbəti faiz qərarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, qərara əsasən, siyasət faiz dərəcəsi bazar gözləntilərinə uyğun olaraq 3,50–3,75 faiz intervalında dəyişməz saxlanılıb.

FED bununla da pul-kredit siyasətində ehtiyatlı mövqeyini davam etdirib.

Qərarın bazar iştirakçılarının proqnozları ilə üst-üstə düşdüyü bildirilir. Analitiklər hesab edirlər ki, FED inflyasiya ilə mübarizəni davam etdirərkən iqtisadi göstəriciləri diqqətlə izləməyə üstünlük verir.

Qərardan sonra maliyyə bazarlarında ciddi dalğalanma müşahidə olunmasa da, investorların diqqəti FED-in gələcək iclaslarda faiz endirimi ilə bağlı verə biləcəyi siqnallara yönəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ