Rusiya ordusu Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə raket zərbələri endirib.
Turkustan.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, səfirliyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.
Səfirlik binasına ziyan dəyməsi ilə bağlı dəqiq məlumat yoxdur.
Daha sonra Kiyev Şəhər Hərbi Administrasiyası öz "Telegram" kanalında bildirib ki, zərbələr nəticəsində bir nəfər həlak olub, beş nəfər xəsarət alıb.