Nyu-York meri Zöhran Məmdani İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasının sessiyası üçün Nyu-Yorka gələcəyi təqdirdə həbs olunması ehtimalı ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, "New York Times" qəzetinə müsahibəsində Məmdani bildirib ki, şəhər rəhbərliyi bu məsələdə Nyu-York qanunlarının verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edəcək.
"Biz Nyu-York şəhərinin qanunlarının bizə verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərəcəyik. Lakin bu məqsədlə yeni qanunlar yazmayacağıq", – deyə, o bildirib.
Məmdani əlavə edib ki, onun fikrincə, Netanyahu Haaqada mühakimə olunmalıdır.
"Mən hesab edirəm ki, Netanyahunun yeri Haaqadadır. O, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunan müharibə cinayətkarıdır", – deyə, Nyu-York meri bildirib.
Aytən Yaşar/ Turkustan.az