ABŞ İranın can damarını vurdu


İran Atom Enerjisi Təşkilatı ABŞ-ın Xuzistan əyalətində yerləşən Darhovin Atom Elektrik Stansiyasının tikinti sahəsinə zərbə endirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, qurumun bəyanatında hücumun tikilməkdə olan obyektə yönəldiyi bildirilsə də, ölən və yaralananlar, eləcə də dəyən ziyanın miqyası barədə ətraflı məlumat verilməyib.

Darhovin Atom Elektrik Stansiyası İranın uzunmüddətli mülki nüvə enerjisi layihələrindən biri hesab olunur və hazırda tikinti mərhələsindədir. Son dövrlərdə ABŞ-ın İranda müxtəlif hərbi və enerji infrastrukturunu hədəf aldığı, Tehranın isə buna cavab zərbələri endirdiyi barədə məlumatlar yayılır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bundan əvvəl İrandakı nüvə obyektlərinin hədəfə alınmasının nüvə təhlükəsizliyi baxımından ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq etmişdi. Agentlik, həmçinin Buşehr Atom Elektrik Stansiyasına düşən mərminin radioloji təhlükəyə səbəb olmadığını açıqlamışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ