Yaponiyanın müdafiə naziri Şinji Koizumi hökumətin ilin sonunadək ölkənin üç əsas milli təhlükəsizlik sənədini yenidən nəzərdən keçirməyi planlaşdırdığını bildirib.
Turkustan.az xəbər verir ki, Koizumi Fransa və Finlandiyanın daha güclü nüvə çəkindirmə siyasəti həyata keçirdiyini qeyd edərək, Yaponiyanın da nüvə silahları məsələsini nəzərdən keçirmədən ötə bilməyəcəyini vurğulayıb.
Nazir, Yaponiyanın təhlükəsizlik mühitinin getdikcə daha mürəkkəbləşdiyini bildirərək, indiyədək müzakirəsi məqsədəuyğun sayılmayan bəzi məsələlərin artıq gündəmə gətirilməsinin vacib olduğunu deyib.
Xatırladaq ki, martın 2-də Fransa Prezidenti Emmanuel Makron qlobal təhlükəsizlik mühitində baş verən dəyişiklikləri əsas gətirərək, Fransanın nüvə arsenalını genişləndirəcəyini və nüvə çəkindirmə qabiliyyətini gücləndirəcəyini açıqlamışdı.
Aytən Yaşar/ Turkustan.az