Böyük Britaniyada Leyborist Partiyasının yeni lideri seçilən və Baş nazir Kir Starmerin istefasından sonra hökumətə rəhbərlik edən Endi Börnemin İsrail–Qəzza münaqişəsi ilə bağlı açıqlamaları ölkədə mübahisələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, Börnem iyulun 10-da verdiyi açıqlamada Fələstin xalqından üzr istəyərək bildirib ki, Böyük Britaniya Qəzzada baş verən hadisələr fonunda İsrailə qarşı kifayət qədər sərt mövqe nümayiş etdirməyib.
O, İsrailə qarşı yeni sanksiyaların tətbiq olunmasının nəzərdən keçirilə biləcəyini qeyd edərək, ölkəsinin bu məsələdə daha qətiyyətli addımlar atmalı olduğunu vurğulayıb.
Börnemin açıqlamaları Böyük Britaniadakı aparıcı yəhudi təşkilatlarının sərt tənqidi ilə qarşılanıb.
AYtən Yaşar/ Turkustan.az