Rusiya ilə bağlı layihəyə İran da daxil edilsin! – Tramp


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı hazırlanan Amerika sanksiyaları haqqında qanun layihəsinə İranın da daxil edilməsinin vacib olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Respublikaçılar Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə İranı da daxil etməlidirlər”, – deyə Tramp qeyd edib.

Bir neçə gün əvvəl ABŞ İrana qarşı sanksiyaları genişləndirərək siyahıya 10 fiziki şəxsi, 24 şirkəti və 20 İran gəmisini əlavə edib. Sanksiyalara ABŞ hakimiyyətinin həm Rusiya, həm də İran vətəndaşlığına malik olduğunu bildirdiyi iş adamı Əli Rəhbərmədani də daxil edilib.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, iranlı sahibkar Məhəmməd Hüseyn Şamxaniyə məxsus və İranla Rusiya arasında Xəzər dənizi vasitəsilə yük daşımalarında istifadə olunan bir neçə gəmi də sanksiya siyahısına salınıb.

Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırda ABŞ Konqresində müzakirə olunur.

Məlumata görə, Donald Tramp əvvəllər təşəbbüsü tənqid etməsinə və sanksiyaların tətbiqində daha geniş səlahiyyətlərə malik olmaq istədiyini bildirməsinə baxmayaraq, respublikaçı senator Lindsi Qremin təşəbbüsünü dəstəkləməyə hazırdır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ