ABŞ prezidenti Donald Tramp İranın İslamabad Sazişinə artıq əməl etmək öhdəliyinin olmadığını bəyan etməsinin onu narahat etmədiyini bildirib.
Turkustan.azxəbər verir ki, Tramp NewsNation telekanalına açıqlamasında İordaniyada iki ABŞ əsgərinin ölümü ilə nəticələnən hücumlara da münasibət bildirib. O, hadisəni “çox kədərli bir vəziyyət” adlandıraraq, ABŞ-ın əsas məqsədinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu bir daha vurğulayıb.
İranın İslamabad Sazişinə riayət etmək öhdəliyinin qalmadığı ilə bağlı açıqlamaya münasibət bildirən Tramp, “Mənim buna vecimə deyil”, – deyə qeyd edib.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi isə iyulun 15-də ABŞ-ın hərbi hücumlar həyata keçirməklə və dəniz blokadasını yenidən tətbiq etməyə cəhd göstərməklə İslamabad Sazişini tam şəkildə pozduğunu bildirib. O əlavə edib ki, “İran bu şəraitdə saziş üzrə heç bir öhdəlik daşımadığını hesab edir”.
Aytən Yaşar/ Turkustan.az