İspaniyada meşə yanğını 12 min hektar ərazini məhv etdi


İspaniyanın Saraqosa şəhərində baş verən meşə yanğını 12 min hektar ərazini külə çevirib.

Turkustan.az xəbər verir ki, yanğın ölkənin şimal-şərqində, Saraqosa vilayətinin Cinco Villas bölgəsində başlayaraq qısa müddətdə geniş əraziyə yayılıb. Səlahiyyətli qurumların məlumatına görə, güclü külək və yüksək temperatur alovun sürətlə yayılmasına səbəb olub. Nəticədə təxminən 12 min hektar meşə və təbii ərazi yanaraq məhv olub, vəhşi təbiətə ciddi ziyan dəyib.

Rəsmi açıqlamada bildirilib ki, təhlükə altında olan yaşayış məntəqələrindən min nəfərdən çox sakin ehtiyat tədbiri olaraq təxliyə edilib. Yanğının təsir etdiyi ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə bəzi magistral yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində davam edən meşə yanğınlarının söndürülməsi işlərinə yüzlərlə yanğınsöndürən və təcili yardım əməkdaşı cəlb edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ