İranın İordaniyaya zərbəsi nəticəsində 2 ABŞ hərbçisi ölüb, 1-i itkin düşüb


17 iyul tarixində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və tərəfdaş qüvvələr İranın ballistik raket və dron hücumlarından müdafiə olunarkən İordaniyada iki ABŞ hərbçisi döyüşdə həlak olub. Bundan əlavə, bir hərbçi hazırda itkin düşüb.

Bu barədə CENTCOM-un bu yaxınlarda həlak olan və itkin düşmüş ABŞ hərbçiləri ilə bağlı bəyanatında deyilir.

Məlumata görə dörd ABŞ hərbçisi İordaniya xəstəxanalarına təxliyə edilib. Onlar artıq xəstəxanadan buraxılıblar. Yüngül xəsarətlər alan digər personal da xidmətə qayıdıb.

"Ailələrə hörmət əlaməti olaraq, CENTCOM həlak olan hərbçilərin şəxsiyyətləri də daxil olmaqla əlavə məlumatları onların yaxın qohumları məlumatlandırıldıqdan sonra 24 saat keçənədək açıqlamayacaq", - bəyanatda deyilir.


MANŞET XƏBƏRLƏRİ