İsrail buna görə 50 milyon dollar xərcləyir


İsrail ölkənin imicini yaxşılaşdırmaq məqsədilə ABŞ-da təxminən 50 milyon dollarlıq təsir kampaniyası həyata keçirir.

Turkustan.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

“Qəzza və İranla müharibələr fonunda ictimaiyyətin İsrailə dəstəyi ciddi şəkildə azalıb. Bu səbəbdən keçirilən kampaniyaya ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Bred Parskeyl rəhbərlik edir. Kampaniya çərçivəsində süni intellekt tərəfindən yaradılan mətn mesajlarından, mühafizəkar media reklamlarından, influenserlərlə əməkdaşlıqdan və süni intellekt çatbotlarının İsrail haqqında təqdim etdiyi məlumatlara təsir göstərmək üçün hazırlanmış internet saytlarından istifadə olunur.

Bu təşəbbüs İsrailin beynəlxalq imicini gücləndirməyə yönəlmiş ümumilikdə 700 milyon dollarlıq daha geniş proqramın tərkib hissəsidir”, - məlumatda qeyd olunub./Bakıvaxtı.az


MANŞET XƏBƏRLƏRİ