İranın hazırladığı yeni nəsil raketlərin ABŞ-ın hava hücumundan müdafiə sistemlərinə ciddi çağırış yaratdığı iddia olunur.
Turkustan.az xəbər verir ki,Vaşinqton Tehranın raket texnologiyalarında əldə etdiyi sürətli irəliləyişin arxasında Çin və ya Rusiyanın texniki dəstəyinin olub-olmadığını araşdırır.
The Wall Street Journal qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, İranın yüksək manevr qabiliyyətinə malik və ələ keçirilməsi çətin olan yeni nəsil raketləri bölgədə yerləşdirilən ABŞ hava hücumundan müdafiə sistemlərinin effektivliyini sınağa çəkir. Hesabatda bildirilir ki, Tehran inkişaf etdirdiyi yeni texnologiyalar sayəsində bu müdafiə sistemlərinə qarşı imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
ABŞ rəsmiləri İranın dəqiq hədəf vurma qabiliyyətinin qısa müddətdə nəzərəçarpacaq dərəcədə yüksəlməsinin Çin və ya Rusiyanın texniki dəstəyi ilə əlaqəli ola biləcəyini istisna etmirlər. Bununla belə, hazırda bu ehtimalı təsdiqləyən ictimaiyyətə açıqlanmış konkret sübutun olmadığı vurğulanır.
Aytən Yaşar/ Turkustan.az