İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar


Azərbaycana səfərimiz çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bizi qəbul etdi.

Turkustan.az xəbər veir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraqdar X hesabında paylaşım edib.

“Görüş zamanı “Bayraqdar Texnoloji”nin Azərbaycanda həyata keçirdiyi layihələr barədə cənab Prezidentə məlumat vermək şərəfinə nail oldum. Səmimi və yüksək qonaqpərvərliyinə görə dərin təşəkkürümü bildirirəm.
Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun”, - deyə Bayraqdar qeyd edib./axar.az


MANŞET XƏBƏRLƏRİ