Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız siyasətə qoşulub.
Turkustan.az Lent.az-a istinadən xəbər verir ki, Ayşegül Yıldız Milliyetçi Hareket Partiyasına (MHP) qoşulub.
A.Yıldız MHP sədri Devlet Bahçeli ilə də görüşüb. O, qərarını sosial şəbəkə hesabında paylaşdığı video ilə ictimaiyyətə çatdırıb.
Ayşegül Yıldız paylaşımında Devlet Bahçelinin parlamentdəki çıxışını tarixi və üfüq açan müraciət kimi dəyərləndirib.
A.Yıldız görüşdən sonra partiya lideri ilə salamlaşdığını və onun xeyir-duasını aldığını da qeyd edib.
Qeyd edək ki, keçmiş model və televiziya siması olan Ayşegül Yıldız 2011-2013-cü illərdə İbrahim Tatlısəslə evli olub. Boşandıqdan sonra əsasən ictimaiyyətin diqqətindən uzaq həyat sürüb.