Ermənistanda keçiriləcək 7 iyun tarixli parlament seçkilərinin nəticələrindən və İrəvanda yeni hökumət formalaşdıqdan sonra Azərbaycanla sülh sazişi imzalana bilər.
Turkustan.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rahman Mustafayev bildirib.
“Seçkilərin nəticələrini gözləyirik. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti ilə normallaşma prosesini və bu sülh sazişinin imzalanmasını sona çatdıra biləcəyik”, - səfir deyib./modern.az